Maşın idxalı 7 dəfə azalıb

Maşın idxalı 7 dəfə azalıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 2 879 ədəd avtomobil idxal olunub.

Ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 16 597 ədəd avtomobil və ya 6,76 dəfə azalıb.

Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya görə, ölkəyə gətirilən avtomobillərin 44 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 2 475 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 300 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 60 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir. (Apa)

Xəbər 324 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR