Maşın divara çırpıldı — 27 yaşlı sürücü öldü

Maşın divara çırpıldı   — 27 yaşlı sürücü öldü

Ağstafada yol qəzası baş verib.

Aktual.az-ın Kəpəz TV-yə (Region TV) istinadən verdiyi məlumata görə, Ağstafada ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Bakı-Qazax magistralının 467-ci kilometrliyində, Ağstafa rayonu ərazisində qeydə alınıb.

Rayon sakini, 27 yaşlı Oruc Əliyevin idarə etdiyi “NAZ Lifan” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yol kənarındakı divara çırpılıb. Sürücü hadisə yerindəcə keçinib.

Əraziyə hüquq-mühafizə orqanı əməkdaşları gəlib. Qəzanın dəqiq səbəbləri araşdırılır.

Aktual.az

Xəbər 406 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR