Masazırda orta məktəbdə erməni havası - Şagirdlər "Artsax" kompozisiyasına oynadıldı - VİDEO

Masazırda orta məktəbdə erməni havası - Şagirdlər

Bu gün Azərbaycanda yeni təhsil ilinə start verilib.

 

Bütün məktəblərdə dərs ilinin başlanması xüsusi tədbirlərlə qeyd olunub. Amma bir məktəbdə baş verən hadisə valideynlərin narazılığına səbəb olub.

Oxu.Az xəbər verir ki, övladı 1-ci sinifə gedən valideynlərdən biri sosial şəbəkədə Masazırda yerləşən 3 saylı məktəbdə qəribə hadisə ilə rastlaşdığını yazıb. O bildirib ki, məktəbdə açılış mərasimi zamanı şagirdlər xüsusi rəqs kompozisiyası hazırlayıblar.

Maraqlıdır ki, müəllimin seçimi erməni bəstəkarı Ara Gevorqyanın "Artsax” kompozisiyası olub.

"Bu musiqiyə görə məktəb rəhbərliyinə etiraz etsəm də, xeyri olmadı. Şagirdlər bu musiqi sədaları altında rəqs etdilər”, – deyə valideyn yazıb.

Qeyd edək ki, bu kompozisiyanın Fikrət Əmirovun ”Qarabağ mirvarisi” adlı əsəri olduğu iddia olunub və bu məsələ ətrafında mübahisələr gedib. Amma Fikrət Əmirovun oğlu Cəmil Əmirov mətbuata açıqlamasında bu xəbəri təkzib edib.

"Fikrət Əmirovun belə bir əsəri yoxdur. Mən bu barədə danışmaqdan yorulmuşam artıq. "Fikrət Əmirovun belə bir əsəri yoxdur" desəm də, heç bir faydası olmur. Bir maraqlı məqam da var: ermənilər Fikrət Əmirovun bu əsəri oğurladığını iddia etməklə atamı vururlar. Halbuki dediyim kimi, atamın belə bir əsəri yoxdur".

Bəstəkarın oğlu bildirib ki, açıq-aydın görünür ki, bu musiqi 90-ların aranjimanıdır.

"Bu kompozisiya haqqında söz-söhbət olub bir vaxtlar. Gah dedilər, Tofiq Quliyevindir, gah dedilər, Emin Sabitoğlunun. Amma heç birini sübut edə bilmədilər. O musiqi Azərbaycan musiqisinə intonasiya cəhətdən bənzəyir. Bu da normaldır. Bu xalqlar yüz illərdir qonşudurlar, musiqinin bir-birinə oxşaması təbiidir”.

Xəbər 2032 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR