Masallıda məktəb yoldaşını qətlə yetirən şagird tutulub - Rəsmi açıqlama

Masallıda məktəb yoldaşını qətlə yetirən şagird tutulub - Rəsmi açıqlama

Daxili İşlər Nazirliyi Masallıda məktəblinin qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb.

Aktual.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, mayın 27-də Masallı rayonunun Boradigah qəsəbəsi ərazisindən qəsəbə sakini, 17 yaşlı Kənan Əliyev xəstəxanaya gətirilib və orada ölüb.

Araşdırmalarla K.Əliyevin həmin gün qəsəbə ərazisindəki təhsil aldığı orta məktəbin həyətində 11-ci sinif şagirdi olan İbrahim Rükabzadə tərəfindən döyülməsi müəyyən edilib.

İ. Rükabzadə Masallı RPŞ-nin əməkdaşları tərəfindən tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.
 
Aktual.az 
Xəbər 457 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR