Masallıda DƏHŞƏTLİ QƏZA: ölənlər var

Masallıda DƏHŞƏTLİ QƏZA: ölənlər var

Masallıda ağır yol-nəqliyyat qəzası baş verib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 12 radələrində Masallı-Yardımlı şosesinin rayonunun Qəriblər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Sürücülərinin şəxsiyyəti hələlik məlum olmayan "Fiat" markalı və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Güclü zərbədən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, həmçinin "VAZ-2107"nin sərnişini olan ər və arvad aldıqları çoxsaylı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişiblər. Onların meyitləri morqa aparılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri almış "Fiat"ın sərnişini, 2004-cü il təvəllüdlü Zeynəb Həmzəyeva isə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.
 

Aktual.az

Xəbər 499 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR