Masallıda 33 yaşlı kişi qətlə yetirildi

Masallıda 33 yaşlı kişi qətlə yetirildi

Masallıda 33 yaşlı kişi bıçaqlanaraq öldürülüb.

Aktual.az Report-a istinadən xəbər verir ki, rayonun Şatıroba kənd sakini, 1984-cü il təvəllüdlü Təyyar Cabir oğlu Quliyev bu gün səhər saatlarında yaralı vəziyyətdə kənd ərazisində tapılıb. Üç bıçaq zərbəsi alan yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, yaralı xəstəxanada vəfat edib.

Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib.

T.Quliyevin qardaşı bildirib ki, ilkin ehtimala görə, qardaşı içki məclisindən çıxarkən mübahisə yaranıb.

Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 373 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR