Maşallah Əhmədov vurduğu ziyanın 50 min manatını ödəyə biləcəyini dedi

Maşallah Əhmədov vurduğu ziyanın 50 min manatını ödəyə biləcəyini dedi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Maşallah Əhmədov vurduğu ziyanın 50 min manatını ödəyə biləcəyini deyib.
 
Zərərçəkənlər isə buna etiraz edib və dəymiş ziyanın tam ödənilməsini istəyiblər.
 
Məhkəmədə fasilə elan olunub.
 
Fasilədən sonra qərar açıqlanacaq.
 
Qeyd edək ki, prokuror Maşallah Əhmədova 9 illik həbs cəzası istəyib.
 
Xatırladaq ki, Maşallah Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.
 
Aktual.az
Xəbər 244 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR