Yaxın bir ay ərzində dollar 2 manat olacaq

Yaxın bir ay ərzində dollar 2 manat olacaq

"Gələn həftədən etibarən dollar yenidən bahalaşmağa başlayacaq.”

Bunu AzNews.az-a açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev bildirib. Onun sözlərinə görə, mart ayına kimi dolların məzənnəsi 1 manat 80 qəpik və 2 manat arasında oynayacaq:

"Novruz bayramına kimi bu belə davam edəcək. Dolların məzənnəsinin 1,60-1,70 səviyyəsi arasında dəyişməsi hökümətə sərf etmir. Neftin qiyməti hər an dəyişir. Yəni, sabah neftin qiymətində ucuzlaşma baş versə, FED uçot dərəcəsini qaldıra bilər, nəticədə maliyyə gərginliyi yaradıla bilər. Düşünürəm ki, artıq dövriyəyə pul buraxılmalıdır. Hesab edirəm ki, dövriyəyə pul buraxılan kimi biz yenidən manatın ucuzlaşmasını müşahidə edəcəyik. Gələn həftədən etibarən dolların bahalaşması davam edəcək.”

Samir Əliyev dolların ucuzlaşacağı təqdirdə ərzaq və digər məhsulların qiymətlərinin ucuzlaşmamasının iki səbəbi olduğunu qeyd edib: "Birinci səbəb bu günki qiymətlərin bazarda 1 manat 90 qəpik səviyyəsində uyğunlaşdırılıb. İkinci səbəb, dayanıqlığın olmamasıdır. Yəni, sahibkar özü də bilir ki, qiymətləri endirib sabah isə qaldırılması ona ancaq problem yarada bilər. Sahibkarlar bahalaşmanın üzun müddət olmasından əmin deyillər. Mən dolların enməsi günlərində əhəmiyyətli ucuzlaşma gözləmirəm. Belə ucuzlaşma ancaq kəndlinin idxal etdiyi məhsullarda ola bilər.”

Aktual.az
Xəbər 4384 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR