Türkiyədə zorlanan azərbaycanlı qadın: “Qapını açmağı üçün qışqırırdım” - MÜSAHİBƏ

Türkiyədə zorlanan azərbaycanlı qadın: “Qapını açmağı üçün qışqırırdım” - MÜSAHİBƏ

Ötən həftə Ankarada avtobus marşrutunda sürücü tərəfindən zorlanan azərbaycanlı qadın S. (ad və soyad açıqlanmır) yaşadığı dəhşətlə bağlı müsahibə verib.

Publika.az həmin müsahibəni təqdim edir.

- Həyatda qalmağınız möcüzədirmi?
- Kaş öləydim. Hər kəs "Şükür et, sonun Özgecan (Türkiyədə zorlanaraq öldürülən yeniyetmə qız) kimi ola bilərdi” deyir. Amma həyatda olduğuma sevinə bilmirəm. Çünki mənə təcavüz edən şəxsi hələ də qoruyanlar, belə bir dəhşəti müdafiə edənlər var.

- Siz həmişə o marşrutdan istifadə edirdiniz?
- Bəli. Son dayanacaq Ticarət Mərkəzinin yanıdır. Orada düşürəm, 200-300 metr ayaqla gedirəm. çünki mənim yaşadığım küçəyə avtobus getmir. Həmin gün də piyada getmək istəyirdim. Gördüm ki, bir avtobus dayanıb. Hava soyuq idi. Soruşdum ki, o tərəfə gedirsiniz. "Bəli” dedi, mən də mindim. Avtobusun boş olduğunun fərqinə varmadım. Qapıya yaxın bir yerdə oturdum, çünki tez düşəcəkdim. Sürücünün üzünə də baxmadım.

- Nəsə hiss etdinizmi?
- Yox. Çünki minərkən avtobusdan iki nəfər düşürdü. Arxa tərəfə baxmadım. Düşəcəyim yerə çatanda "burada düşə bilərəm?” deyə soruşdum. Dayanmadı. Çaşıb qaldım. Qapını açmağı üçün qışqırdım. O avtobusu qaranlıq bir yerdə saxladı. Mənə hücum etdi. Üzünü belə görmədim. Təcavüz edərkən üzünü gördüm. İki əli ilə boğazımı sıxırdı. "Evlisən?” deyə soruşdu. Sonra da adımı soruşdu. Mən cavab vermirdim. Özümü qorumağa çalışırdım.

- Nə düşünürdünüz?
- Fikirləşirdim ki, bu adam məni öldürəcək. Uşaqlarımı düşünürdüm. Onlara kim baxacaqdı. 37 yaşındayam. Bu yaşımda ölmək istəmirdim. Boğazımı sıxdığı üçün özümdən getdim.

- Sonra nə oldu?
- Özümə gəldiyimdə üzərimdəydi. Mənə təcavüz edirdi.

- Necə xilas oldunuz?
- Gözlərimi açanda o da təəccübləndi. Üzünü o vaxt gördüm. Dedi ki, "sakit duracaqsan, yoxsa səni öldürərəm”. Dedim ki, heç kimə heç nə deməyəcəm. Amma niyə belə elədiyini də soruşdum. Dedi ki, "sən gözəlsən”. Mən də dayanmadan dua edirdim, yalvarırdım. Ağlıma Özgecan cinayəti gəldi. Ölmək istəmirdim.

Qeyd edək ki, bu hadisə yanvarın 4-də axşam saat 23:30-da baş verib.
 
Aktual.az
Xəbər 2737 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR