Manat növbəti dəfə devalvasiya olunacaq? - PROQNOZ

Manat növbəti dəfə devalvasiya olunacaq?   - PROQNOZ

Nazir açıqlama verdi.

Şübhəsiz ki, bazar iqtisadiyyatında milli valyutanın mübadilə məzənnəsi bir çox faktorlardan asılıdır. İlk növbədə tədliyyə balansının vəziyyətindən, tədliyyə balansıda ilk növbədə xarici valyuta daxil olmalarından asılıdır. Bizim valyuta daxilolmalarından əsas mənbəyimiz neftdir, yəni nefdən əldə edilən gəlirlərdir. Ona görə, şübhəsiz ki, bizim mübadilə məzənnəmiz neft gəlirlərindən asılı olaraq buna xeyli həssasdır.

Oxu.Az-ın məlumatına görə, bu barədə Maliyyə naziri Samir Şərifov ANS TV-yə müsahibəsində deyib.

“Hazırda biz hesab edirik ki, tədliyyə balansında o qədər problemlər mövcud deyil. Hesab edirəm ki, manatın məzənnəsinə böyük risklər indiki vəziyyətdə gözlənilmir” - deyə, nazir vurğulayıb.

Nazir onu da qeyd edib ki, hazırda ABŞ dollarının digər valyutalar qarşısında uzun müddət ucuz qalması dövrü artıq bitib:

“Lakin yenə də qeyd edirəm ki, vəziyyət bazar iqtisadiyyatının əsas prinsipi ondan ibarətdir ki, bazarda baş verən proseslər onlar daim nəzərdən keçirilməlidir. Heç kəs heç vaxt deyə bilməz ki, hansısa valyuta sabit olaraq qalacaq. Bu təkcə, inkişaf etməkdə olan ölkələrə aid deyil, o cümlədən inkişaf etmiş ölkələrin valyutalarının mübadilə məzənnələrinə nəzər salsanız, görəcəksiniz ki, cari ildə bu valyutalar da xeyli dəyişib.

O cümlədən Avropanın vahid valyutası avro ABŞ dolları qarşısında xeyli ucuzlaşıb. Ümumiyyətlə qeyd etməliyəm ki, hazırda ABŞ dollarının uzun müddət ərzində ucuz qalması dövrü artıq bitib. Dolların digər valyutalara qarşı bahalaşması prosesi başlayıb”.

Xəbər 3007 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR