Mal-qara oğruları tutuldu: “Satıb əyin-baş aldıq”

Mal-qara oğruları tutuldu: “Satıb əyin-baş aldıq”

Ağdamda oğruluqla məşğul olan dostlar tutulublar

ARB TV xəbər verir ki, kənddən gizli yolla mal-qara aparan şəxslər oğruladıqları heyvanları qonşu rayonda sataraq xeyli pul əldə ediblər. Özü də haramından.

Ağdam polisinə rayonun Sarıcalı kəndində iki baş heyvanın oğurlanması barədə şikayət daxil olub. Oğurluğu törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Onlar əməllərini etiraf ediblər. Əvvəllər dəfələrlə məhkum olunan Fəxri Mustafayev və Aydın Zamanovun heyvanları Ağcabədi rayonunda sataraq əldə etdikləri pulu öz aralarında bölərək, telefon və geyim əşyaları aldıqları ortaya çıxıb. Fakt üzrə açılan cinayət işi ilə bağlı araşdmalar davam etdirilir. Ağdam polisi dostların başqa oğurluq hadisələrində iştirakını istisna etmir.

Aydın Zamanov (saxlanılan şəxs) : Xındırıstan yolunda satdıq. Pula da əyin-baş aldıq. Birdənə də telefon aldıq. Tutduğum əməldən peşmanam. 
 
Aktual.az
Xəbər 632 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR