Makron: "Suriyaya hücumla türkləri ruslardan ayırdıq"

Makron:

Fransa, ABŞ və İngiltərənin Suriyaya birlikdə təşkil etdiyi hücum Türkiyə və Rusiya arasında fikir ayrılığına səbəb olub.

Aktual.az azvision.az-a istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron söyləyib.
Hücumun mükəmməl şəkildə həyata keçirildiyini qeyd edən Makron deyib: "Bu hücumla türkləri ruslardan ayırdıq. Türklər kimyəvi silahların istifadəsini qınadı". 
Makron prezident Donald Trampı ABŞ-ın Suriyada hərbi varlığını davam etdirmə və həftəsonu təşkil olunan hava hücumunun Suriyada kimyəvi silahdan istifadənin qarşısını ala biləcəyinə inandırdığını bildirib: "10 gün əvvəl Tramp "ABŞ Suriydan geri çəkilməlidir" deyirdi. Biz onu bu qərarından çəkindirə bildik". 
 
Aktual.az 
Xəbər 457 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR