Magistraturaya ixtisas seçimi müddəti uzadıldı

Magistraturaya ixtisas seçimi müddəti uzadıldı

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi müddəti uzadılıb.

Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, seçim iyunun 20-si saat 10:00-dək davam edəcək. 
İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrini təsdiq etsinlər.
Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndəixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.
 
Aktual.az
Xəbər 398 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR