Maduro yenidən Venesuela prezidenti seçildi

Maduro yenidən Venesuela prezidenti seçildi

Venesuela prezidenti Nikolas Maduro seçicilərin 68 faizinin (5,8 mln. nəfər) səsini qazanaraq ölkədə keçirilən prezident seçkilərində qələbə qazanıb.   

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Venesuela Milli Seçki Şurasının sədri Tibisay Lusena bildirib.
Onun sözlərinə görə,  bülletenlərin 92,6 faizinin hesablanmasına əsasən Nikolas Maduro 5 823 718 səs toplayıb, Enri Falkon (müxalifətdən namizəd) seçicilərin 1 820 552 nəfərinin, Havyer Bertuçi isə 925 000 nəfərinin etimadını qazanıb.
Müxalifət lideri Enri Falkon seçkilərin nəticələrini tanımadığını və sabah ölkəni tərk edəcəyini bəyan edib.   
Beləliklə, N.Maduro 2025-ci ilədək Venesuela prezidenti vəzifəsində çalışacaq.  
 
Aktual.az
Xəbər 327 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR