Macarıstan Azərbaycana 100 min avro ayırdı

Macarıstan Azərbaycana 100 min avro ayırdı

Macarıstan hökuməti ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun "Ceyrançöl ətrafının partlamamış hərbi sursatlardan təmizlənməsi" layihəsi çərçivəsində 100 min avro ayırıb.

Aktual.az xəbər verir ki, Macarıstanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, ödəniş NATO Dəstək Agentliyinin hesabına edilib. NATO-nun mənzil-qərargahında Tərəfdaşlıq və Kooperativ Təhlükəsizlik Komitəsinin iclasında Türkiyə "Ceyrançöl təmizləmə layihəsi"nin 3-cü mərhələsinin lider ölkəsi kimi, Azərbaycan isə alıcı ölkə kimi Macarıstan hökumətinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, cari ilin yanvarından Macarıstan səfirliyi NATO-nun Bakıdakı nümayəndəliyinin əlaqələndiricisidir.
Xəbər 207 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR