"Lütfən, şəhidlərimizin əmanətlərinə toxunmayaq" - Səbuhi Abbasov Aybəniz Həşimovadan yazdı


Mən hər zaman öz profilimə uyğun olmayan sahələr haqqında dərin mülahizələr etmirəm. İstisnalar ola bilər, ancaq bu davamlı deyil. Bu statusu isə yazmaq məcburiyyətindəyəm, özümu sadəcə borclu bilirəm. Mədəniyyət sahəsi hər bir xalq üçün vizit kartıdır, tanıtımın ən unikal vasitəsidir. Məhz buna görə bütün dünyada mədəniyyətə tövhə verən əsl sənətkarları ovucda saxlayırlar, bəsləyirlər, qoruyurlar, dünyadan köçəndən sonra irsini növbəti nəslə daşıyırlar. 
Bəs bizdə necədir? Bu sahədə hansı boşluqlar var? Bir cümlə ilə ifadə edirəm: Vəziyyət həyəcan siqnalı çalınacaq dərəcədə BİABIRÇIDI!!
Bəli, düz bildiniz. Söhbət dəyərli sənətkarımız Aybəniz Həşimovadan gedir. Bir insanın öz dövlətinə, vətəninə xidmətinin ən yüksək zirvəsi ŞƏHİDlikdir. Bu ailə şəhid verib, bir qadın yoldaşını itirib, bir körpə qız atasız böyüyüb, bir ailə ömürlük HƏSRƏT İYİNƏ düçar olub. Bəli, bu ailə sənin, mənim, bizlərin əksəriyyətinin etmədiyini edib, dövləti, milləti, xalqı qarşısında öz borclarını veriblər. Biz hələ bu borcu qaytara biləcəyik, ya yox, bu da böyük bir sual işarəsi altındadır. Aybəniz xanımın ədalətsiz və birtərəfli qaydada bəzi 'media' numayəndələrinin hədəfinə tuş gəldiyi üçün söylədiyi emosional ifadələrə görə bu qədər tənqidi və təhqiri haqq edirdimi? Aybəniz xanım və qızı Aynişan haqqında heç bir ədəb normalarına sığmayan cümlələr yazan insanlar özlərinə güzgüdə baxıb nə düşünürlər? Lap tutalım deyək Aynişan hər hansı xırda texniki səhf edib. Bəli, bu sırf texniki səhf olub. Çünki məlum foto beynəlxalq musiqi festivalının ilk günü çəkilib. Və həmin foto çəkilən an 20 dən çox ölkənin nümayəndəsi sırada dayanıblar. Orada dayananlardan heç biri digərini tanımayıb. Bu hadisə idmançının da, siyasətçinin də,  diplomatın da başına gələ bilər. Amma və lakin... Bu Sizə ixtiyar verirmi Vətən yolunda canından keçən, şəhidlik zirvəsinə ucalan SƏHİDİMİZİN bizə etibar etdiyi qızının qəlbini qıraq, onun həyat yoldasy, dəyərli sənətçimiz Aybəniz Həşimovanin ünvanına tərbiyə normalarına sığmayan ifadələr işlədək? 
Aynişan bu dövlət qarşısında öz xidmətini artıqlaması ilə verib, onun ŞƏHİD atası qızının yerinə "hesabı" artıqlaması ilə ödəyib. Lütfən, başqasının hesabına girməyin, başqasının haqqını yeməyin, SƏHİDLƏRİMİZİN əmanətlərinə toxunmayın. Axı ƏMANƏTƏ XƏYANƏT OLMAZ deyib atalarımız. 
Bugün həyat yoldaşını, övladının atasını Vətənə qurban verən bir Azərbaycan qadını olaraq Aybəniz Həşimova mədəniyyətimizə misilsiz xidmətlər göstərir. Hansı sənətçimiz Xocalı soyqırımı da daxil olmaqla digər mühüm hadisələrin ildönümü zamanı işini- gücünü buraxıb könüllü şəkildə müxtəlif ölkələrdə, müxtəlif tədbirlər edir? Hansı sənətçimiz karifeylərimizin sağlığında qayğısını çəkir? Və yaxud hansı sənətçimiz karifeylərimizin irsini peşakar şəkildə qoruyub, təbliğ edir? Hansı sənətçimiz cəmiyyətdə baş verən bütün proseslərə bu qədər həssas yanaşır? Hansı sənətçimiz öz sənətini bu qədər abirla, bu qədər mental dəbilqə ilə qoruyur, təbliğ edir, yaşadır? 
Əslində bu sualların sayını artıra da bilərəm. Amma əziz media nümayəndələri, dəyərli həmkarlarım, hər birinizdən acizanə şəkildə xahiş edirəm: Mədəniyyətimizi bilərəkdən fahişələşdirənlərə kömək etməyək, əsl dəyərlərin bu çirkabda boğulmasına imkan verməyək, göz bəbəyi kimi qoruyaq, yaşadaq, zirvələrə qaldıraq. Əgər hər hansı neqativ bildiyiniz məqam olarsa şəxsi ünsiyyət vasitələrindən (zəng, whatsapp, inbox, mail və s.) istifadə edək. Amma ictimailəşdirməyək, tələsik addımlar atmayaq. Axı bu ölkə üçün canından keçən, bizə yuxarıdan baxan minlərlə ŞƏHİD ruhu var...Birdə onların bir o qədər də əmanətləri var içimizdə...
Səbuhi ABBASOV
İnternet-media ekspert
Xəbər 1485 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR