Ölümə məhkum edilmiş — 5 DİKTATOR

Ölümə məhkum edilmiş — 5 DİKTATOR
  • DÜNYA

Dünya tarixində diktatorların, əliqanlı tiranların həyatı çox vaxt yaxşı sonluqla bitməyib.

Bir çoxları cəzadan boyun qaçırıb aradan çıxır, yaxınlarını və doğmalarını diktatorun əmrləri nəticəsində itirən insanlar isə qisas almaq istəyir. Bir çox diktator isə qorxularından məhkəmənin hökmünə qədər dözə bilməyib müəyyən addımlar atıblar. Eləsi olub ki, şəxsiyyətini və sənədlərini dəyişərək aradan çıxıb, eləsi də olub ki, özünə qəsd edərək ölümü seçib. Tarixdə belə faktlar kifayət qədər çoxdur.

Ölkə.Az  son illərin diktatorlarının - ədalət məhkəməsi qarşısında cavab verərək ölüm hökmünə məhkum edilmiş diktatorların siyahısını təqdim edir.

1. Səddam Hüseyn - İraqın keçmiş diktatoru



2006-cı ildə həbs edilərək barəsində ölüm hökmü verilib. Hökmə əsasən Səddam asılıb.



2. Menqistu Hayle Mariam - Efiopiyanın keçmiş diktatoru



2006-cı ildə həbs edilib. Soyqırım törətməkdə günahkar olduğu üçün ölüm hökmünə məhkum edilib. Amma sonradan məhkəmənin qərarı ilə ömürlük həbsə atılıb.

3. Çon Du Xvan - Cənubi Koreyanın keçmiş prezidenti



1996-cı ildə həbs edilib. Məhkəmənin qərarı ilə ölüm hökmünə məhkum edilsə də, sonradan ömürlük həbsə atılıb.

4. Mussa Traore - Malinin keçmiş diktatoru



1993-cü ildə həbs edilib. Qanlı cinayətlərinə görə ölüm cəzasına məhkum edilsə də, sonradan məhkəmənin qərarı ilə ömürlük həbsə atılıb.

5. Nikolay Çauçesku - Rumıniya diktatoru



1989-cu ildə həbs edilib. Soyqırımda ittiham edilib. Arvadı Yelena ilə birlikdə ölümə məhkum edilib. Qərar icra edilib. Diktator və arvadı güllələnib.

Aktual.az
Xəbər 2428 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR