Ölüm öpüşü, iynəli çətir, "Qudini dəsti": "KQB"-nin inanılmaz GİZLİ SİLAHLARI - FOTOLAR

Ölüm öpüşü, iynəli çətir,

İlk baxışdan belə sadə görünən texniki qurğuların yaradılmasına bəzən saatlar, bəzən isə uzun illər sərf olunur. Bəzi məxfilik qaydaları, təhlükəsizlik tədbirləri, bir sıra gizli agentliklərin iş prinsipləri məhz bu kiçik cihazların köməyi ilə gerçəkləşir.

Bununla belə nəzərə almaq lazımdır ki, bu tip qurğular artıq əvvəlki kimi sadəcə gizli agentliklərdə yox, bir sıra cinayətkar dəstələrin belə əlində var. Bu səbəbdən də onlar bütün çirkli işləri yerinə yetirməyi bacaran bu qurğuları və daha yaxşılarını ixtira edirlər.

Yəqin ki, hamınız "Ceyms Bond", "Casusların övladları -1,2,3" və s. filmlərinə baxmısınız. Orada məxfi agentlərin istifadə etdiyi cihazlar, müxtəlif ölçülü partlayıcılar, silahlar və.s heç də uydurma deyil. Kəşfiyyat dəstələri, təhlükəsizlik orqanları, eləcə də bir sıra müharibə şəraitində olan ölkələr bu kimi cihazlardan geniş istifadə edir.

Dünyada casus cihazlarını hazırlaya bilən "İQ" dərəcəsi yüksək insanlara tələbat var. Bütün ölkələr fəaliyyətdə olan agentlərini ən son "oyuncaqlarla" təmin etmək istəyir. Bunun üçün gizli şəkil çəkən cihazlar, kimyəvi qaz buraxan qurğular, içərisində partlayıcı yerləşdirilmiş qol saatları, zəhərlə dolu zinət əşyaları, müxtəlif siqnalötürücülər, ağlınıza belə gəlməyəcək formalı silahlara və.s ehtiyac olur. Dünyanın müxtəlif ölkələrindən bu kimi avadanlıqları hazırlaya bilən insanlar gizli agentliklərdə işlə təmin olunur. Məxfilik tam şəkildə qorunur.

Publika.az sizə dodaq boyası şəklində silahdan ayaqqabıya yerləşdirilən böcəyə qədər dünyanın ən hiyləgər və ağılagəlməz manevrlərini yerinə yetirən cihazların siyahısını təqdim edir:

1. DTK-nın təmin etdiyi soyuq müharibə dövrünün "ölüm öpüşü". Görüş planlaşdırılmış istiqamətdə getməyibsə, gözlənilən nəticə alınmayıbsa, dodaq boyası şəklində kiçik həcmli cihazın 4,5 mm gülləsi ilə qarşı tərəflə şübhələri üzərinizə çəkmədən "sağollaşa" bilərsiz.

2. DTK tərəfindən 1970-ci ildə hazırlanmış "Ayaks" adlı gizli kamera. Bu kameraları iki düyməli pencəklərin üzərinə yerləşdirirdilər. Cihaza aktivləşdirmək üçün casus pencəyin cibinə yerləşdirilən xüsusi düyməni basmalı idi. Bu o vaxt Amerikanın, Avropanın, eləcə də Sovet İttifaqının istifadə etdiyi gizli kamera qurğularının sadəcə bir növüdür.

3. Cəsus çətiri və ya başqa adı ilə "öldürücü silah". DTK-nın hazırladığı bu çətir təkcə yağışdan qorumur. Həm də kimyəvi güllələrlə doludu. 1978-ci ildə Londonun mərkəzi küçələrindən birində bolqar dissidenti Georgi Markov məhz bu çətir vasitəsilə öldürülmüşdü. Avtobus dayanacağında dayanan Markov birdən ayağına iynə batdığını hiss edir. Geriyə dönəndə orada əlində çətir tutmuş bir nəfərin dayandığını görür. Üç gündən sonra Markov zəhərlənərək ölüb. Ekspertiza onun ayağında kiçik ölçülü sancağa bənzər güllə aşkarlayıb.

4. Eksponat 60-cı illərdə MKİ tərəfindən hazırlanıb. Hansı daha ağırdı - polislər tərəfindən saxlanılmaq, yoxsa düşmən casuslar tərəfindən? "Qudini dəsti" adlandırılan bu kiçik alətlər casusların demək olar ki, ən aktiv və ən sadə aksesuarlarından biridir.

5. 70-ci illərdə ələ keçmiş casus işgəncə və ölüm arasında seçim edə bilərdi. Seçim üçün MKİ-nin hazırladığı bu zəhərli eynəklər və sianidlə dolu ampula vardı.

6. Təxminən 1957 və 1959-cu illərdə DTK-nın gizli agenti Boqdan Stanşinskiy gördüyünüz bu silah vasitəsilə Almaniyada ukraynalı dissidentlər Lev Rebeta və Stepan Banderunu öldürüb. Stanşinkiyin qəzetə bükərək gizlətdiyi kimyəvi silah qurbanların üzünə sionidli kapsullar ataraq ürək tutmasını gerçəkləşdirir. Daha sonralar Stanşiskiy törətdiyi əməlləri etiraf etmişdi.

 

 
Aktual.az
Xəbər 876 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR