Ölüm hökmünün tətbiq edildiyi ölkələr - Dəhşətli statistika

Ölüm hökmünün tətbiq edildiyi ölkələr - Dəhşətli statistika

2017-ci ildə dünyada ölüm hökmü cəzasından istifadə halları azalıb. 

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə "Amnesty International” (Aİ) beynəlxalq təşkilatının hesabatında deyilib. Məlumatda qeyd edilib ki, 2017-ci ildə 933 ölüm hökmü sənədləşdirilib. Hansı ki, bu, yenə böyük rəqəm olaraq qalır. Buna baxmayaraq, göstəricilər 2016-ci illə müqayisədə 4 faiz azdır.
İran (507), Səudiyyə Ərəbistanı (146), İraq (125) və Pakistanın (60) ölüm hökmü cəzasının verilməsində liderliklərini qoruyur. 2017-ci ildə həmin ölkələrdə edam hallarında azalma qeydə alınıb. Beləliklə, edam cəzasının verilməsi 2016-ci illə müqayisədə İranda 11 faiz, Pakistanda isə 31 faiz azalıb. Lakin təşkilat ölüm hökmü cəzasının 80 faizinin bu ölkələrdə reallaşdığını bildirib. 

Hesabat əsasən 2017-ci ildə 23 ölkə ölüm hökmündən istifadə edib. Çində ölüm hökmü barədə hər hansı məlumat əldə edilməyib. Çin ölüm hökmünü gizlədən ölkələr içərisində liderdir.

Avropa və MDB ölkələri arasında yeganə ölkə Belarusdur ki, orada ölüm hökmü hələ də qalır. Avropa İttifaqının hesabatına əsasən, 2016-ci ildə Belarusda 4 ölüm hökmü reallaşdırılıb. Hüquq müdafiəçilərinin məlumatına görə, 2017-ci ildə bu rəqəm 2 olub. Buna baxmayaraq, Belarus məhkəməsində 5 ölüm hökmü verilib. Hazırkı vaxtda 6 nəfərə bu cəza tətbiq edilə bilər. 

Amerika qitəsində yalnız ABŞ-da ölüm hökmü icra edilir. 2017-ci ildə ABŞ-da 23 nəfər edam edilib, 41 nəfərə isə ölüm hökmü cəzası verilib. Ümumilikdə isə ölkələr üzrə edam cəzasının verilməsində nisbətən azalma qeydə alınıb. Məlumata görə, 2016-ci ildə 3100 ölüm hökmü verilibsə, 2017-ci ildə bu rəqəm 2600 olub. 22000 məhkum isə ölüm gününü gözləyir. Bu siyahıda Pakistan (7000), ABŞ (2724) və Şri-Lanka (2717) ön sıradadır. Hesabata əsasən, Qvineya və Monqolustanda ölüm hökmü ləğv edildikdən sonra, dünya üzrə 142 ölkədə bu cəza növündən istifadə edilmir.
 
Aktual.az
Xəbər 426 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR