Lotu Quli azadlığa buraxılır: Azərbaycan klanları silahları çəkəcək - QANLI HESABLAŞMA

Lotu Quli azadlığa buraxılır: Azərbaycan klanları silahları çəkəcək - QANLI HESABLAŞMA

Rusiya kriminal aləmi liderlik problemi ilə üzləşib. 

Cebhe.info Rusiya mətbuatına istinadən xəbər verir ki, Ded Xasanın ölümündən sonra onun yerini tutmağa iddialı olan Zaxari Kalaşov (Kürd Şakro) həbsdə olduğuna görə bu yer boş qalıb.  Vakant yerə maraqlı namizədlər meydana çıxıb- Vladimir Tyurin və Laşa Şuşanaşvili. Məlumatlara görə, bu iki nəfər hazırda mafiyaya koalisiyalı rəhbərliklə bağlı danışıqlar aparır. 

Azərbaycanlılardan ibarət klanlar isə qanqster müharibəsinə hazırlaşır. Hüquq-mühafizə orqanları belə çətin bir zamanda azərbaycanlı klanların müharibəsini gözləyir. Nüfuzlu "oğru” Zaxari Kalaşov da 2016-cı ilin avqustunda həbs edilib. Onun həbsdə uzun müddət qalmayacağı təxmin edilirdi. Bu qədər pul, nüfuz və təsir dairəsinə malik şəxsin həbsdən qurtulmasının asan olacağı düşünülsə də, gözlənilən olmadı. Verilən külli miqdarda rüşvətlər Kürd Şakronu azad etməyə yetmədi. Əvəzində bir neçə generalı həbsə apardı. 

Belə bir zamanda ortaya daha bir iddialı çıxdı- Ded Xasanın qohumu olduğu deyilən Miron ləqəbli Dmitri Çanturiya. Dedin ölümündən sonra Mironun da cəzalandırılması gözlənilirdi, ancaq bu, hələlik heç kəsə nəsib olmayıb. Amma eyni zamanda onun Ded Xasanın taxtına oturdulması "layihəsi” də nəticəsiz qalıb. Belə bir zamanda meydana Kürd Şakro çıxdı. İspaniyada cəzasını çəkib qayıtdığı Rusiyada "bosslar bossu” olmağa iddasını ortaya qoydu. Hüquq- mühafizə orqanlarının məlumatına görə, Miron öz adamları ilə şəxsi söhbətdə məhz özünün Şakronu əvəz edəcəyini deyib. O da yezidi kürd oldğuna görə, ailəyə rəhbərliyə ən layiqli namizəd olduğunu düşünür. 

Ancaq onun bosslar bossu olacağına inananlar azdır. İlk növbədə ona görə ki, gürcü və azərbaycanlı klanlar buna qarşıdır. Taro ləqəbli Tariel Oniani, Merab Suxumski kürdlərin hakimiyyətinə qarşı olduqlarını dəfələrlə bəyan edib.  

Slavyan klanının da bu posta öz namizədi var. Petrik ləqəbli Aleksey Petrov və Şişkan ləqəbli Oleq Şişkanovla məsələ müzakirə edilib. Məlumatlara görə, birinci qətiyyətlə imtina edib. İkinci də "birinci olmaq istəmədiyini” çox da qəti olmayan dillə çatdırıb. Onların hər ikisi Turik ləqəbli Vladimir Tyurinin bosslar bossu olmasına razılaşacaqlarını bildiriblər. Tyurin də ona ediləcək bu təklifdən imtina etməyəcəyini deyib. Bu barədə müzakirələrdən sonra Ded Xasan klanının üzvü olan Piquç Yunanıstana uzun səfərlər edib və orda Laşa Şuşanaşvili ilə görüşüb. Moskvaya qayıtdıqdan sonra isə Tyuriklə uzun-uzadı müzakirələr aparıb. Bu isə Rusiya kriminal dünyasında ciddi dəyişikliklərin gözlənildiyinin siqnalını verib. 

Mafiyaya rəhbərlik indiyə qədər görünməmiş sxemlə aparılacaq. Rəsmi olaraq "xaç atası” Tyurik elan ediləcək. Onun bir tərəfində Şişkan, digər tərəfində isə Laşa olacaq. Bossun sağ əli isə Piquç olacaq. Hər şey sakit və qansız ötüşəcək. 

2017-i ildə ən böyük problemi isə Azərbaycan klanının yaradacağı gözlənilir. Hazırda Moskva regionunda mütəşəkkil klan yaranıb ki, ora da Bakıda həbs çəkən Lotu Quli ləqəbli Nadir Səlifov, Vaqif Süleymanov, Rəşad İsmayılov daxildir. Onları Rövşən Lənkəranskiyə qarşı ümumi maraqlar birləşdirib. Lənkəranskinin ölümündə bu klanın təsiri də zaman-zaman müzakirə edilib. Son olaraq Rəşad İsmayılovun qətlin sifarişçisi olduğuna dair iddiası gündəmə bomba kimi düşüb. Moskva regionunda əvvəllər Rövşənə məxsus olan bütün obyektlər bu 3 nəfər arasında bölüşdürülüb. Ancaq bu "üçlüyün” uzun müddət bir yerdə qalacağı da imkansız görünür. Xüsusilə "Rosbalt” agentliyi belə hesab edir ki, 2017-ci ildə Lotu Qulinin azadlığa buraxılacağı barədə gözləntilər fonunda bu birlik uzun müddətli olmayacaq. "Lotu Quli indi  dost və müttəfiqdir, ancaq sabah gözlənilmədən düşmən ola bilər və sənin ovuna çıxar”- Vaqif və Rəşad indi belə düşünür. Belə düşünmələri üçün əsas olduğu da deyilir. Xüsusilə ona görə ki, hər ikisi Lotu Qulini yaxşı tanıyır və xarakterinə bələddirlər. "Buna görə də atəşkəs hər zaman pozula bilər. 2017-ci ildə keçmiş müttəfiqlər arasında müharibə hər an başlaya bilər” deyə  "Rosbalt”ın mənbəyi bildirib. 

Bununla yanaşı Əli Əliyevin (Zayka ləqəbli Zaur Əliyevin qardaşı) klanı da aktivləşib.  Həmçinin Lotu Qulinin düşməni Əli Heydərovu da hesaba almaq lazımdır. O, 2014-cü ildə həbs edilib. "Onunla bağlı istintaq hələ dumanlı görünür. Azadlığa çıxıb-çıxmayacağından asılı olmayaraq azərbaycanlı klanlarının sakit həyatını gözləmək olmaz. Yaxın zamanda haqq-hesab çəkmələr başlayacaq, o zaman atəş də açılacaq”,-deyə hüquq-mühafizə orqanlarındakı mənbə əminliyini ifadə edib. 

Xəbər 27425 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR