Londonda 27 mərtəbəli bina yanır – VİDEO

Londonda 27 mərtəbəli bina yanır – VİDEO

İngiltərə paytaxtında 27 mərtəbəli binada baş verən yanğını söndürmək mümkün olmayıb.
 
APA-nın xəbərinə görə, yerli mətbuat binanın hər an çökə biləcəyi barədə məlumatlar yayır. 150 mənzilli binanın sakinlərindən içəridə qalanların olduğu, onlardan bəzilərinin özlərini binadan atdıqları bildirilir. Məlumata görə, artıq 1 nəfərin ölüb, 30 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.
 
*****
 
Londonda 27 mərtəbəli binada yanğın baş verib.
 
APA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ikinci mərtəbədə başlayan yanğın miqyası qısa müddətə genişlənib və bütün binanı əhatə edib.
 
Yerli vaxtla saat 01:15-də başlayan yanğın səbəbi bilinmir. Hadisə yerinə xeyli polis, onlarla yanğınsöndürən maşın və 200 yanğınsöndürən cəlb olunub. Hazırda alovun qarşısının alınması istiqamətində tədbirlər görülür.
 
Hələlik içəridə insanların olub-olmadığı məlum deyil. Hadisə şahidləri içəridən insan səsləri gəldiyini bildirsələr də, hələlik heç bir rəsmi açıqlama verilməyib. Agentliklər 30 nəfərin xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb.
 
Aktual.az
Xəbər 331 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR