Ölmüş ərinin əlindən tutub can verdi - İbrətlik sevgi hekayəti - FOTO

Ölmüş ərinin əlindən tutub can verdi - İbrətlik sevgi hekayəti - FOTO
  • DÜNYA

21 yaşlı Lyuk, 18 yaşlı Hanna və 13 yaşlı Oliver Bennetlər anaları Culi ilə ataları Mayk Bennetin son fotolarını Facebook profillərində paylaşıblar.

Milli.Az The Sun-a istinadən bildirir ki, İngiltərənin Liverpul şəhərinin Mersisayd bölgəsində yaşayan Bennetlər ailəsini qonşular çox səmimi, mehriban ailə kimi səciyyələndiriblər.
Culi Bennet dünən dünyasını dəyişib.
5 gün vəfat etmiş ərinin əlindən tutaraq, son sözləri "Səni sevirəm, yanına gəlirəm, Mayk" olaraq...
"Həyatda ən böyük qorxum Maykı itirməkdir. Sizi çox sevirəm. Həyatımdan da artıq. Amma Mayk qəlbimin içində döyünən sevgidir, həyata inamımdır, Tanrıdan sonra andığım, adı dilimdə olan insandır. Onu itirsəm, tək qalaram, ölərəm", - Culi ötən həftə övladlarına demişdi.
Övladları Culiyə artıq "tək" olduğunu demədilər, ataları Maykın vəfat etdiyini söyləmədilər.
Terminal mərhələdəki xərçəng xəstəsi olan Mayk və Culi Bennetlərin müalicəsi üçün ailə üzvləri internetdə, sosial şəbəkələrdə açıqlamalar yaymış, ianələr toplam ağa başlamışdılar. Zəruri müalicə kursu və cərrahiyyə əməliyyatları üçün 64 min funt-sterlinq yığılmışdı. "Just Giving" xeyriyyə portalında da ərlə arvadın müalicəsi üçün pul yığılırdı.
57 yaşlı Maykla 50 yaşlı Culi Mersisayddakı "St John's Hospice"jə müalicə olunurdular.
Mayk Bennetin beynində, Culinin isə ağciyərində, böyrəyində və qaraciyərində xərçəng şişləri aşkarlanmışdı.
Ulleseyin Somervill şəhərində ibtidai məktəb müəllimi işləyən Culidə xərçəng xəstəliyi 2016-cıü ilin mayında tapılmışdı.
 
 
Aktual.az
Xəbər 988 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR