Ölməz Alay yürüşündə ermənilər təxribata əl atdı - POLİS İŞƏ QARIŞDI - FOTO

Ölməz Alay yürüşündə ermənilər təxribata əl atdı - POLİS İŞƏ QARIŞDI - FOTO

İnterpress.az-ın Moskvaya ezam olunmuş xüsusi müxbiri Toğrul Allahverdilinin verdiyi məlumata görə, bu gün Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən "Ölməz alay" ümumxalq yürüşündə iştirak edən ermənilər təxribata əl atıb. 

Belə ki, işğalçı Ermənistanı təmsil edən gənc Rusiya Federasiyasının xəbərdarlığına baxmayaraq təxribat dolu şüarlar səsləndirərərək "Qondarma Dağlıq Qarabağ Respublikası"nın bayrağını dalğalandırıb. 

Rusiya hüquq-mühafizə orqanları əməkdaşlarının ayıq-sayıqlığı nəticəsində erməni təxribatçı saxlanılaraq polis bölməsinə aparılıb.

İnterptess.az-a açıqlama verən Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı fondunun rəhbəri Şamil Tağıyev bildirib ki, ötən gün Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsində Azərbaycan və Ermənistan diaspor nümayəndələri ilə görüşdə "Ölməz alay" ümumxalq yürüşündə təhlükəsizliyə riayət olunması müzakirə edilib. Azərbaycan və Ermənistan diasporunun nümayəndələrinə yürüş günü ötənilki kimi, qarışıqlığa gətirib çıxaracaq təxribat ola biləcəyi ilə bağlı narahatlıq bildirilib. Rusiya DİN Baş İdarəsinin nümayəndələrinin xəbərdarlıqına baxmayaraq ermənilər yenə təxribata əl atdılar. 

Diaspor sədri bildirib ki, ermənilər etdikləri bu təxribata görə Rusiya qanunları qarşısında cavab verəcəylər.
Ölməz Alay yürüşündə ermənilər təxribata əl atdı - POLİS İŞƏ QARIŞDI - FOTO

Aktual.az
Xəbər 903 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR