Ölkəyə qanunsuz gətirilən qızıl-zinət əşyaları aşkarlandı

Ölkəyə qanunsuz gətirilən qızıl-zinət əşyaları aşkarlandı

Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi “Mercedes-Benz E 220” markalı avtomobillə gələn Azərbaycan vətəndaşı hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılması məqsədilə sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində qızıl-zinət əşyalarının olduğunu etiraf edib və 2 ədəd bağlamanı gömrük nəzarətinə təqdim edib. Baxış zamanı həmin bağlamaların içərisində gömrük bəyannaməsində göstərilməmiş, ümumi xalis çəkisi 562.13 qram təşkil edən qızıl-zinət əşyaları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 389 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR