Ölkəyə qanunsuz gətirilən 16 min siqaret aşkar edildi - Fotolar

Ölkəyə qanunsuz gətirilən 16 min siqaret aşkar edildi   - Fotolar

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşı mübarizə şöbəsinə “Ford Tranzit” markalı, yük avtomobilində tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətiriləcəyi barədə məlumat daxil olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına ərik yükü gətirən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Ford Tranzit” markalı yük avtomobili əsaslı şəkildə yoxlanılıb. Yoxlama zamanı avtomobilin yük yerindəki ərik yeşiklərinin arasından, malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilən 16 min ədəd siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 247 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR