“Ölkəmizdə güclü sahibkarlar ordusu formalaşıb” – Azər Verdiyev

“Ölkəmizdə güclü sahibkarlar ordusu formalaşıb” – Azər Verdiyev

Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan bu gün tərəqqi dövrünün yeni mərhələsini yaşayır. Əsası xalqımızın ümummilli lideri tərəfindən qoyulmuş inkişaf strategiyası bu gün ölkə Prezidenti tərəfindən zəmanəmizin tələblərinə uyğun olaraq təkmilləşdirilir və böyük müvəffəqiyyətlə həyata keçirilir. Bu uğurların təməli isə Azərbaycan dövlətinin müstəqillik qazandığı illərdən - Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə ali hakimiyyətə qayıdışından sonra qoyulub. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən köklü islahatların həyata keçirilməsinə 2003-cü ildən etibarən başlanıldı. Mütərəqqi islahatlar bu gün də böyük müvəffəqiyyətlə davam etdirilir. Bu da təsadüfi deyil, çünki beynəlxalq iqtisadi məkanda qlobal dəyişikliklər baş verir, ölkələr dərin maliyyə böhranlarından, iqtisadi tənəzzüldən əziyyət çəkir, dünya miqyasında yeni çağırışlar meydana gəlir.
Qeyd etmək istəyirəm ki, dövlət başçısının sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi ölkəmizdə aparılan dərin struktur və sosial-iqtisadi islahatların sürətləndirilməsi baxımından vaxtında verilmiş bir qərardır.
Sahibkarlığın inkişafına yaradılan şərait və müxtəlif formalarda verilən dəstək, bu institutun ölkə iqtisadiyyatının yüksəlişində mühüm rol oynayan subyekə çevrilməsinə zəmin yaradıb. Qeyd edək ki, Azərbaycanda sahibkarlığın yenidən formalaşması və inkişafı dövlət müstəqilliyinin bərpasından sonra yeni mərhələyə qədəm qoymuşdur. Sir deyil ki, Prezident İlham Əliyevin də iqtisadi strategiyasının prioritet istiqamətlərindən biri sahibkarlığın inkişafıdır. Hazırda dövlət başçısının "Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq Azərbaycanda sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, sistemli və kompleks tədbirlər həyata keçirilir. Biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, səmərəli fəaliyyət göstərən dövlət dəstəyi sistemi, o cümlədən vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, aqrolizinq xidmətləri şəbəkəsinin genişləndirilməsi, investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi, dövlətlə birgə maliyyələşdirmə və risklərin bölüşdürülməsi, sənaye parkları və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, maarifləndirici tədbirlərin, biznes forumların və sərgilərin təşkili və digər tədbirlər sayəsində ölkəmizdə güclü sahibkarlar ordusu formalaşmış, sahibkarlıq iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilmişdir. Bu gün iqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, özünütəminat səviyyəsinin yüksəldilməsi, məşğulluğun təmin olunması, qeyri-neft məhsullarının ixracının artırılması, idxaldan asılılığın azaldılması və digər strateji vəzifələrin həllində özəl sektor həlledici rola malikdir.
Bir məqamı xüsusi olaraq vurğulamaq yerinə düşər. Hesab edirəm sahibkarlığın inkişafı həm də kadr islahatları ilə bağlıdır. Çox təəssüf ki, hələ də bəzi strateji sahələrdə sovet təfəkkürü ilə yaşayan yaşlı nəslin nümayəndələri vəzifə başındadırlar. Məsələ burasındadır ki, müasir dünya çevik, innovativ manevrlər tələb edir. Bu kimi məmurlar isə bu prosesə adekvat ola bilmədikləri üçün bütövlükdə sahənin inkişafının qarşısını almış olurlar.
Azər VERDİYEV
Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri

Xəbər 80 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR