Ölkədə işləyən və işləməyənlərin sayı bəlli oldu

Ölkədə işləyən və işləməyənlərin sayı bəlli oldu

İyul ayının 1-nə olan vəziyyətə görə, məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29,1 min nəfər olub.

Aktual.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onların 38,8 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 243,4 manat olub.

İyulun 1-nə olan vəziyyətə görə, iqtisadi fəal əhalinin sayı 4867,7 min nəfər olub. Onlardan 4631,5 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib. Cari il iyunun 1-nə kimi muzdla işləyənlərin sayı 1505,6 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 875,0 min nəfər, qeyri-dövlət bölməsində isə 630,6 min nəfər təşkil edib.

Xəbər 964 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR