Ölkə üzrə yığılan pambığın statistikası açıqlandı

Ölkə üzrə yığılan pambığın statistikası açıqlandı

Yanvarın 12-dək ölkə üzrə 207 min 329 ton pambıq tədarük olunub.

Dövlət Statistika Komitəsindən Aktual.az-a bildiriblər ki, ötən gün pambıq qəbulu məntəqələrinə 49 ton məhsul təhvil verilib.

Hazırda qeyri-neft sektorunun inkişafına yönəlmiş kompleks tədbirlər nəticəsində ənənəvi kənd təsərrüfatı sahələrində, o cümlədən pambıqçılıqda böyük artım müşahidə olunur. Ötən mövsümdə qəbul məntəqələrinə 89 min ton, bu mövsümdə isə 207 min tondan çox pambıq təhvil verilib.
 
Aktual.az
Xəbər 286 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR