Livanda qadın polislər turist cəlb etmək üçün şort geyiniblər - VİDEO

Livanda qadın polislər turist cəlb etmək üçün şort geyiniblər - VİDEO

 Livan şəhərlərindən birində turist cəlb etmək məqsədi ilə gənc polis qızlara cəlbedici uniforma geyindirilib.

"Report” xəbər verir ki, Brumman şəhərinin gənc asayiş keşikçiləri qısa mini şort, mayka və qırmızı beretdə xidmət edirlər.
Bu aksiya şəhər meri tərəfindən düşünülüb. Bu ideya turist cəlb etməklə yanaşı, ölkənin imicini yaxşılaşdırmağa da yönəlib.
"Aralıq dənizi regionuna gələn turistlərin 99 faizi şortda gəzir. Biz Qərbdə Livan haqqında olan pis təsəvvürü dəyişmək istəyirik", - deyə mer Pyer Aşkar bildirib.
Xəbər 417 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR