Levon Barseqyan: “Serjiki adam yerinə qoyan yoxdur!”

Levon Barseqyan: “Serjiki adam yerinə qoyan yoxdur!”

"Hərbi bazadan rus əgərlərinin qaçması haqqında dəqiq məlumata malik deyiləm. Ancaq Gümrüdə bu barədə xəbərlər dolaşır və camaat öz evinin qapısını möhkəm-möhkəm bağlayıb, həyəcan içində lal-dinməz oturub!” 

Aktual.az bildirir ki, tanınmış hərbi jurnalist, polkovnik-leytenent İbrahim Rüstəmli özünün feysbuk səhifəsində paylaşaraq  bildirib ki bu sözləri Ermənistanın birinci informasiya kanalına jurnalistlərin Gümrüdəki "Asparez” klubunun sədri, ağsaqqalllar şurasının üzvü Levon Barseqyan deyib.
L.Barseqyanın sözlərinə görə, bu haqda rəsmi təkzib verilsə də, gümrülüləri razı salmayıb, çünki məmurlara inam itib:
"Ermənistan iqtidarı rusiya rəhbərliyilə bir masa ətrafında oturub ciddi razılaşmalar əldə etməlidir. Amma Serjiki sayıb adam yerinə qoyan yoxdur! Heç kim ona məruzə etmir! Ermənistan hakimiyyəti Avetisyanın ailəsində baş vermiş faciədən hələ də dərs götürməyib.”
Sarqisyan hakimiyyətini davamlı məsuliyyətsizlikdə qınayan Levon Barseqyan öz fikrini sonda belə yekunlaşdırıb:
"İndi Gümrüdə hamı qorxu içindədir. İtkin düşən silahlı rus əsgərləri istənilən vaxt istənilən məhəllədə sərxoş vəziyyətdə peyda ola bilərlər. Buranın yiyəsi erməni hakimiyyəti olmalıdır. Amma bunun tam əksini görürük. Sarqisyan hakimiyyətinin saxtalığı və qeyri-ciddiliyi səbəbindən Gümrüdə özbaşınalıq və yiyəsizlik hələ də davam edir!”

Xəbər 1765 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR