Lerikdə qarın hündürlüyü 35 santimetrə çatdı - FOTO

Lerikdə qarın hündürlüyü 35 santimetrə çatdı - FOTO

Lerik rayonuna güclü qar yağıb.

Aktual.az xəbər verir ki, bu barədə Trend-ə rayon icra hakimiyyətindən məlumat verilib.
Məlumatda bildirilir ki, dekabrın 6-sı axşam saatlarından başlayan qar hələ də yağmaqda davam edir. Rayonun mərkəzində qar örtüyünün qalınlığı 15-20, ucqar kəndlərdə isə 35 santimetrə çatıb.
Qeyd olunub ki, qarın yağmasına baxmayaraq, kəndlərdə və rayon ərazisində çətinlik yaranmayıb: "Küləksiz və şaxtasız qar yağdığından yollarda problem yoxdur. Rayon ərazisində və kəndlərdə vəziyyət normaldır, işıq, qaz və su problemi yoxdur".



Xəbər 39 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR