Lerikdə broyler fabrikində partlayış - ÖLƏN VƏ YARALANANLAR VAR – YENİLƏNİB

Lerikdə broyler fabrikində partlayış - ÖLƏN VƏ YARALANANLAR VAR – YENİLƏNİB

Lerik rayonunda broyler fabrikində baş verən partlayış nəticəsində iki nəfər yaralanıb.

Aktual.az  xəbər verir ki, bunu APA-ya açıqlamasında Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev deyib.

O bildirib ki, yaralanan şəxslərin xəstəxanaya çatdırılması istiqamətində lazımi işlər görülür.

M. Ağayevin sözlərinə görə, hadisə yerinə 3 təcili yardım briqadası cəlb edilib.
 
****
Lerik rayonunda broyler fabrikində partlayış olub.

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə Piran kəndi ərazisində qeydə alınıb.
Rayon Fövqəladə Fallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, hadisə kəsim sexində olub.
Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.
 
Aktual.az
Xəbər 595 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR