"Lerikdə bayram bayrama qarışıb" - İqbal Məmmədov


Lerik rayonun daha iki ucqar kəndinə mavi yanacağ verilib. 

Lerikin Murya və Əvilə kəndlərinə mavi qazın verilməsi münasibəti ilə Murya kəndində tədbir keçirilib.

Aktual.az xəbər verir ki, bu barədə millət vəkili İqbal Məmmədov öz facebook səhifəsində yazıb.

Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov və "Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Hüseyn Şirinov, rayon ziyalıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Livədirqə kənd ərazi icra nümayəndəsi Davud Manafov qonaqları salamlayaraq tədbir iştirakçılarını əlamətdar bayramlar, 09 Noyabr Dövlət Bayrağı Günü, 12 Noyabr Konstitusiya Günü və 17 noyabr – Milli Dirçəliş Günü münasibəti ilə təbrik edib.

İcra nümayəndəsi bildirib ki, bu gün ərazimizin əhalisinin sevincinə sevinc qatan bir tədbirə – Murya və Əvilə kəndlərinə mavi qazın verilməsinin açılışına həsr olunmuş mərasimə toplaşmışıq:
"Son illər ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin ildən-ilə inkişaf etdiyini, dünya birliyində yerini daha da möhkəmləndirdiyini vurğulayıb. Dövlət Proqramlarının uğurla icra edilməsi nəticəsində ölkəmizin hər bir bölgəsinin simasının günü-gündən dəyişərək müasirləşdiyini, əhalinin rifah halının daha da  yaxşılaşdığını qeyd edib. Livədirqə kəndində tikilmiş yeni məktəb binası, Mastail kənd məktəbinin əsaslı təmir edilməsi, Mastail, Livədirqə və Murya kəndlərində yeni körpülərin tikilərək istifadəyə verilməsi, Mastail kəndində elektrik xətlərinin sip kabellərlə əvəzlənməsi, Əvilə kənd məktəbi üçün yeni binanın tikintisinə başlanılması, Nüsomurya kəndində veteranlar evinin tikintisi və bu gün ərazimizin bütün kəndlərinə mavi qazın verilməsi buna nümunə olduğunu diqqətə çatdırıb. Murya və Əvilə kəndlərinə 17250 metrdən çox müxtəlif diametrli borularla, 152 abonentin evinə qaz xətti çəkilib. Bu gün əlamətdar bayramlar ərəfəsində kəndimizə mavi qazın verilməsinə görə cənab Prezidentə minnətdarlığımızı bildiririk. Biz inanırıq ki, Azərbaycan qarşıdan gələn illərdə də prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edərək yüksək nailiyyətlər əldə edəcəkdir.
Sonra kənd sakinləri adından ağsaqqal Abbas Zaidov, təqaüdçü Əlirza Kərimov və Murya kənd tam orta məktəbinin direktoru Əhməd Əhmədov çıxış edərək prezident İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
"Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Hüseyn Şirinov və Milli Məclisin deputatı İqbal Məmmədov çıxış edərək kənd sakinlərini bayramlar və kəndə mavi qazın verilməsi münasibəti ilə təbrik ediblər. Yeni istifadəyə verilmiş mavi qazdan səmərəli və ehtiyatla istifadə olunması ilə bağlı kənd sakinlərinə tövsiyələrini çatdırıblar.
Daha sonra rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək əvvəlcə kənd sakinlərini salamlayıb və təbii qazın verilməsi münasibəti ilə təbrik edib.

İcra başçısı bildirib ki, cənab Prezidentin rəhbərliyi ilə qəbul edilmiş Dövlət Proqramlarının uğurla icra edilməsi nəticəsində Azərbaycanın hər bir bölgəsində olduğu kimi, rayonumuzda da geniş quruculuq-abadıq işlərinin həyata keçirilir. Yeni yollar salınır, müasir məktəblər, səhiyyə ocaqları, sosial obyektlər tikilərək əhalinin istifadəsinə verilir. 5 ay öncə məhz bu ərazidə Mastail kəndinə mavi qazın verilməsi mərasiminə toplaşmışdıq. Bu gün də çox əlamətdar hadisədir ki, ərazinin daha iki kəndinə mavi qaz verilişinin açılış mərasimində iştirak edirik. Belə sosialyönümlü layihələrin reallaşması bir daha sübut edir ki, cənab Prezident respublikamızın hər bir bölgəsinə xüsusi qayğı və diqqət göstərir. Bu qayğı və diqqətə görə cənab Prezidentə və rayonumuzda bütün bu işlərin həyata keçirilməsində bizə dəstək olan hər kəsə öz dərin minnətdarlığımızı bildiririk.

Sonda rayon RİH-nin başçısı Rövşən Bağırov və Milli Məclisin deputatı İqbal Məmmədovun xeyir-duası ilə 92 abonenti olan Əvilə və 60 abonenti olan Murya kəndlərinə təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.

Xəbər 2097 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR