Lerik sakini kəsdiyi ağacın altında qalaraq ölüb

Lerik sakini kəsdiyi ağacın altında qalaraq ölüb

Lerik rayonunda üzərinə ağac aşan 64 yaşlı kişi ölüb.

Aktual.az-ın Report-a istinadən verdiyi xəbərə görə, hadisə rayonun Çayrud kəndində baş verib.

Belə ki, həmin kəndin sakini 1953-cü il təvəllüdlü Fəzan Muradovun üzərinə meşədə ağac aşıb.

O, yük maşını ilə meşədən ağac gətirməyə gedib. Hadisə də bu zaman, ağac kəsərkən ehtiyatsızlıqdan baş verib. 

F.Muradov aldığı xəsarətlərdən hadisə yerində keçinib. Baş verən bədbəxt hadisə ilə bağlı polis şöbəsinin növbətçi hissəsinə məlumat verilib. 

Faktla bağlı araşdırmalara başlanıb.  
 
Aktual.az
Xəbər 388 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR