Ölən bacı-qardaşın cəsədləri 12 il sonra tapıldı - FOTO

Ölən bacı-qardaşın cəsədləri 12 il sonra tapıldı - FOTO
  • DÜNYA

Rusiyada müəmmalı hadisə baş verib. 2005-ci ildə itkin düşdükləri deyilərək axtarışlarına son verilən bacıların cəsədləri suyun dibindən tapılıb.

Rusiyada 25 yaşlı İlya Zhirnov və 22 yaşlı Kira Çerkasova 2005-ci ildə yoxa çıxıb. Məlumatlara görə, İlya bacısını işdən götürmək üçün atasının maşını ilə evdən çıxıb. Atasının şikayəti əsasında uşaqların axtarışına başlayan polislər heç bir dəlil tapmadıqları üçün axtarışları dayandırıblar.

Bacı-qardaşın cəsədi 12 il sonra bir dalğıc tərəfindən suyun dərinliyində tapılıb. Hadisə yerinə gələn polis kran vasitəsilə suyun dibindəki avtomobili çıxarıb. Cəsədlər kimliyinin dəqiqləşdirilməsi üçün ekspertizaya göndərilib.

Polislərin verdiyi açıqlamada, qəzanın yüksək sürət həddindən idarə etməni itirərək suya düşdüyü deyilib. Cəsədlərin 2005-ci ildən itkin düşmüş bacı-qardaşa aid olduğu təsdiqlənib.
Faktla bağlı yenidən istintaq başladılıb. /Publika.az
 
Aktual.az
Xəbər 336 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR