Lavrovdan üç ölkəyə XƏBƏRDARLIQ

Lavrovdan üç ölkəyə XƏBƏRDARLIQ
  • DÜNYA

NATO bazaları alyansa daxil olduqdan sonra Finlandiya və İsveç ərazilərində peyda olarsa, Rusiya buna cavab olaraq şimal-qərbdəki imkanlarını gücləndirməyə məcbur olacaq.

Aktual.az 
xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva bildirib.
 
Onun sözlərinə görə, vəziyyət hərbi bazaların Finlandiya və İsveç ərazilərində yerləşdiriliməsindən asılı olacaq: "Bütün bunların necə reallaşmasından asılı olaraq, əlbəttə ki, biz Rusiyanın şimal-qərbində imkanlarımızı gücləndirmək barədə qərar qəbul edəcəyik. Hər halda NATO ilə təmas xətti köklü şəkildə artacaq".

Lavrov, həmçinin Moldovaya xəbərdarlıq edib:
"Dnestryanıda Rusiya hərbçilərinin təhlükəsizliyinə xələl gətirəcək istənilən hərəkət Rusiyaya hücum kimi qiymətləndiriləcək".
Xəbər 761 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR