Lavrov və Nalbandyan Qarabağ münaqişəsini müzakirə ediblər

Lavrov və Nalbandyan Qarabağ münaqişəsini müzakirə ediblər

Rusiya və Ermənistan XİN rəhbərləri Sergey Lavrov və Edvard Nalbandyan Moskvada keçirilən görüşdə  Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. 

Aktual.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Ermənistan XİN mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, Lavrov və Nalbandyan Vyana və Sankt-Peterburq sammitlərində əldə olunan razılaşmaların reallaşdırılması məsələlərini müzakirə ediblər.    

"Tərəflər Rusiya-Ermənistan müttəfiq münasibətlərinə dair məsələləri, iki ölkə rəhbərləri arasında əldə olunan razılaşmaların reallaşdırılmasını müzakirə ediblər. Lavrov və Nalbandyan Ermənistan baş naziri Karen Karapetyanın yanvarın 24-nə Moskvaya planlaşdırılmış səfərinin hazırlıq məsələlərinə toxunublar”, - deyə məlumatda bildirilir.

Görüş zamanı həmçinin aktual regional və beynəlxalq problemlər müzakirə olunub.  
Xəbər 516 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR