Lavrov və Çavuşoğlu Suriyada atəşkəs rejimini müzakirə etdilər

Lavrov və Çavuşoğlu Suriyada atəşkəs rejimini müzakirə etdilər
  • DÜNYA

Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mevlud Çavuşoğlu ilə telefon vasitəsilə danışıb.

"Ölkə.Az" xəbər verir ki, nazirlərin telefon danışığında Suriyada atəşkəs rejimi müzakirə edilib. Bu barədə Rusiyanın xarici işlər nazirliyi məlumat yayıb.

Məlumatda deyilir: "Nazirlər müqavilənin reallaşdırılma yollarını müzakirə ediblər. Bu müqavilə Suriya ərazisində hərbi əməliyyatların dayandırılması, Cenevrə və Astana "meydançaları"nda hökumət nümayəndələri və müxaliflər arasında məhsuldar danışıqlar prosesinin keçirilməsinə aiddir".

Eyni zamanda, ikitərəfli rus-türk münasibətlərinin inkişaf məsələləri də müzakirə mövzusu olub.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya, Türkiyə və İran nümayəndə heyətləri Suriya məsələsində əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bəyan etmişdilər.
 
Aktual.az
Xəbər 431 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR