Lavrov: "Qətərlə bağlı yaranmış vəziyyətdə Rusiyanın əli yoxdur"

Lavrov:

Ərəb ölkələrinin Qətərlə diplomatik münasibətləri kəsməsi öz işləridir, Moskva bu məsələyə qarışmır.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, xarici işlər naziri Sergey Lavrov deyib.
O deyib ki, dünyadakı bütün hadisələrin arxasında Rusiyanın dayanmağından şübhələnmələrinə baxmayaraq bu, belə deyil.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.
Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya və Maldiv də qoşulub.
 
Aktual.az
Xəbər 458 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR