Lavrov: Qərbin dominantlığı sona çatır

Lavrov: Qərbin dominantlığı sona çatır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Qərbin siyasi və iqtisadi sahələrdə dominantlıq etdiyi zaman sona çatıb.

“Biz Qərbin dominantlığını süni yolla saxlamaq cəhdini müşahidə edirik, bu, digər ölkələrə təzyiq göstərmək, sanksiyaların tətbiq edilməsi və hətta beynəlxalq hüququn pozulması, BMT nizamnaməsinin pozulması hesabına edilir”, - Lavrov qeyd edib.

Aktual.az oxu.az-a istinadən xəbər verir ki, bu bəyanatla Lavrov “Mənalar ərazisi” forumunun gedişatında çıxış edib.

Lavrov əlavə edib ki, terrorizm və qanunsuz mühacirlər problemi Qərbin suveren dövlətlərin işinə qarışmasının nəticəsidir, eləcə də məhz bunun üçün Yaxın Şərqin və Şimali Afrikanın “terrorizm və zorakılıq ekstremizmi üçün mənbəsinə” çevrildiyini vurğulayıb.

 
Xəbər 728 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR