Lavrov Bağdadinin öldürülməsindən danışdı

Lavrov Bağdadinin öldürülməsindən danışdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İŞİD terror təşkilatının lideri Əbubəkr Əl-Bağdadinin öldürülməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

Publika.az xəbər verir ki, Lavrov bəyan edib ki, Bağdadinin öldürülməsi ilə bağlı 100 faizlik məlumata malik deyil: "Bu barədə dünən KİV-də oxudum, lakin rəsmi olaraq bu barədə sübut yoxdur” – deyə, "İnterfax”a müsahibəsində o bildirib.
Qeyd edək ki, İŞİD terror təşkilatının lideri əl Bağdadinin Rusiya Hərbi Hava Qüvvələri tərəfindən 28 may tarixində Rakka şəhərinə endirdiyi zərbələr nəticəsində məhv edildiyi açıqlanıb. Həmin vaxt terror təşkilatının üzvlərinin yığıncağı keçirilirmiş. Bağdadinin də o yığıncaqda iştirak etdiyi deyilir.
 
Aktual.az
Xəbər 101 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR