Las-Veqasda atışmada ölənlərin sayı 50-ni ötüb, 100-dən çox yaralı var - YENİLƏNİB-2 + Video

Las-Veqasda atışmada ölənlərin sayı 50-ni ötüb, 100-dən çox yaralı var - YENİLƏNİB-2 + Video
  • DÜNYA

ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarının atəşə tutulması nəticəsində ölənlərin sayı 50-ni keçib.
 
APA-nın məlumatına görə, 200 nəfərdən çox insan yaralanıb.  
Polis hadisəni törədən 64 yaşlı yerli sakin, Stiven Paddoku zərərsizləşdirib
S. Paddok "Mandalay Bay" Hotelin 32-ci mərtəbəsindən açıq havada keçirilən festivalın iştirakçılarına  atəş açıb.
Hazırda polis hadisəni törədən şəxsin qadın tanışını axtarır. Meri Lu Denli adlı qadının S. Paddokla əlbir olduğu ehtimal edilir.

****
Las-Veqasda baş verən atışma zamanı 2 nəfərin öldüyü təsdiqlənib.
 
 APA-nın məlumatına görə, bu barədə "Reuters” yerli xəstəxanaya istinadən xəbər yayıb.
Atışma nəticəsində 24 nəfərin yaralandığı bildirilir.
Hadisənin törədən şəxsin axtarışları davam etdirilir.
 
***
Las-Veqasda kazinolardan birinin yaxınlığında atışma olub.

 
APA-nın "The Sun” nəşrinə istinadən verdiyi xəbərə görə, "Mandalay Bay Casino"nun konsert salonunda baş verən insident nəticəsində xeyli sayda ölənin olduğu bildirilir. İndiyədək 20-dən artıq şəxs xəstəxanaya çatdırılıb. 
 
İlkin məlumata əsasən, naməlum şəxs kazinoda konsertə gələn şəxslərə atəş açıb. Polisin yaydığı xəbərdarlıqda insanların həmin ərazidən uzaqlaşması xahiş olunub.
 
Kazinoya yaxın yollarda hərəkət məhdudlaşdırılıb.





Xəbər 424 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR