"Lapşinin səhhəti nəzarətdə saxlanılır"


Həbsdə olan bloqer Aleksandr Lapşinin səhhəti daim nəzarətdə saxlanılır.

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov deyib.

İdarə rəisi bildirib ki, penitensiar müəssisələrdə hər bir məhbusun səhhəti, saxlanma şəraiti və sağlamlıq durumu diqqət mərkəzindədir:

"Bunun üçün nazirliyin Tibb Baş İdarəsi də fəaliyyət göstərir. Hər bir məhkum kimi, Aleksandr Lapşinin də səhhəti nəzarətdədir. Əgər kiminsə səhhətində problem varsa, həkim briqadası dəvət edilir və həmin məhkumun səhhətindəki problem aradan qaldırılması üçün tədbir görülür".
 
Aktual.az  
Xəbər 307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR