Lapşin İsrailə təhvil verilməsi üçün müraciət etdi

Lapşin İsrailə təhvil verilməsi üçün müraciət etdi

Azərbaycanda həbsdə olan bloqer Aleksandr Lapşin barəsində olan hökmdən apellyasiya şikayəti verməkdən imtina edib.

Aktual.az  xəbər verir ki, bu barədə APA-ya onun vəkili Eduard Çernin məlumat verib.

Vəkil bildirib ki, A. Lapşin bu gün İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşüb və onlara İsrailə ekstradisiya olunmaq istədiyini deyib.

O qeyd edib ki, A. Lapşinin İsrailə verilməsi istiqamətində işlər aparılacaq.

Qeyd edək ki, Aleksandr Lapşin iyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 3 il müddətinə azadlıqdan məhrum edilib.
 
Aktual.az
Xəbər 270 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR