“"Lapşin bloqer yox, təxribatçıdır"” - Səbuhi Abbasov

“

Azərbaycanın dövlət sərhədlərini pozmaqda, onun ərazi bütövlüyünə qarşı yönəldilən açıq çağırışlar etməkdə təqsirləndirilən üç ölkənin vətəndaşı Aleksandr Lapşin Minsk şəhərində saxlanılaraq fevral ayının 7-də Bakıya ekstradisiya olundu. Bu həm də Prezident İlham Əliyevin qətiyyətinin, siyasi iradəsinin növbəti təzahürüdür.

Məsələyə münasibət bildirən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov Lapşinin Azərbaycan ərazilərinə qeyri-qanuni səfərlər etdiyini, "Dövlət sərhədi haqqında” və "Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarını kobud şəkildə pozduğunu dedi: "Lapşinsosial mediadaAzərbaycan dövlətini aşağılayan çağırışlarla çıxış etməsi onun barəsində cinayət işinin qaldırılması və beynəlxalq axtarışa verilməsi ilə nəticələndi. Buna baxmayaraq jurnalistika pərdəsi altında gizlənən, özünü bloqqer kimi təqdim etməyı çalışan Lapşin 2016-cı il aprel döyüşləri nəticəsində Ermənistan silahlı qüvvələrinin məğlubiyyətindən sonra sosial şəbəkədə Azərbaycan Respublikasına dair qərəzli materiallar yayaraq onun ərazi bütövlüyünə qarşı təxribat xarakterli çağırışlar səsləndirməyi davam etdi. Xarici İşlər Nazirliyi işğal altında olan ərazilərə qanunsuz səfərləri ilə əlaqədar onun adını qara siyahıya”daxil etsə də, Lapşin nəinki məsuliyyətini dərk etmədi, əksinə özünün yazdığı kimi, "Azərbaycanın qadağan rejimini” məqsədli şəkildə pozacağını, Dağlıq Qarabağa yeni səfərlər edəcəyini vəd etmişdir. O, hətta biraz da irəli gedərək "qara siyahı”da ilk pilləyə qədər yüksələcəyini qarşıya məqsəd kimi qoymuşdur. Təbii ki, bütün olanlardan sonra Azərbaycan öz gücünü ortaya qoymalı idi və qoydu de. Etiraf etmək lazımdır ki, Prezident İlham Əliyevin şəxsi nüfuzu və Belarusla ölkəmiz arasında olan strateji tərəfdaşlıq Lapşinin cinayət dolu arzularını öz ürəyində qoydu. Biz məsələnin ən həssas nöqtəsinə xüsusi diqqət yetirməliyik. Lapşin öz məkrli niyyətini, erməni diaporasının arzularını reallaşdırmaq üçün öncə media nümayəndəsi, daha sonra bloqqer roluna girir. Bu sosial status onun daha da böyü şərəfsizliklərə, cinayətlərə imza atmasında yardımçı olacaqdı. Dünyada terrorizmin bir neçə növü var: fiziki məhvə yönələn, eyni zamanda, zeyni məhvə yönələn. Lapşin əslində terrorizmin ən son növü hesab olunan "online terrorizm”lə məşğul olurdu. Bu isə olduqca təhlükəli bir məqam idi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qızğın fonunda internet üzərindən təxribatverici çağırışlar etmək təbii ki, cavabsız qala bilməzdi. Bir sözlə Lapşin bloqer yox, təxribatçıdır. Bu həm də bu "yola” qədəm qoymaq istəyən digər satqınlara da yaxşı dərs oldu”
 
Aktual.az
Xəbər 698 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR