Kürəkən qayınatasını və qaynını bıçaqladı

Kürəkən qayınatasını və qaynını bıçaqladı

 Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə şəhərin Ə.Abdullayev küçəsində qeydə alınıb.
Belə ki, kürəkən qayınatası 1963-cü il təvəllüdlü Cabbarov Etibar Ələddin oğlu və qaynı 1992-ci il təvəllüdlü Cabbarov Afiq Etibar oğlunu bıçaqlayıb.
Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 55 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR