Kürdəmirdə avtomobil su kanalına aşıb, 1 nəfər ölüb, 3-ü yaralanıb - FOTO - VİDEO

Kürdəmirdə avtomobil su kanalına aşıb, 1 nəfər ölüb, 3-ü yaralanıb - FOTO - VİDEO

Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, Qazax istiqamətdə hərəkətdə olan 1945-ci il təvəllüdlü Yelmar Şahmar oğlu Rzayevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Nəticədə avtomobildə olan sərnişin, Goranboy şəhər sakini, 1946-cı il təvəllüdlü Tamara Hüseyn qızı Rzayeva hadisə yerində ölüb, daha üç nəfər isə yaralanıb. 
Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb. 
Yaralılar isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Onların arasında uşaqlar da var.  
Faktla bağlı araşdırma aparılır.



Xəbər 177 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR