Kürdəmirdə 7 otaqlı ev, tövlə, 20 ton ot və yük avtomobili yanıb

Kürdəmirdə 7 otaqlı ev, tövlə, 20 ton ot və yük avtomobili yanıb

Kürdəmirdə yanğın hadisəsi qeydə alınıb.

Aktual.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə,  rayonun Xırdapay kəndində vətəndaşa məxsus (bir-birinə bitişik  tikilmiş  tikililər) ümumi sahəsi 300 m2 olan  ikimərtəbəli, 7 otaqlı evin  yanar  konstruksiyaları, ümumi sahəsi  120 m2  olan  talvarın  yanar konstruksiyaları, talvarın  altına yığılmış 20 ton ot bağlaması, ümumi sahəsi 80 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə və yaxınlıqda dayanmış "QAZ” markalı yük avtomobilinin yanar hissələri yanıb.

Tövlənin qalan hissəsi, yaxınlıqda olan tikililər və qonşu evlər  yanğından mühafizə olunub.

Yanğın saat 22:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Aktual.az
Xəbər 333 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR