Kürdəmirdə 6 otaqlı ev yandı

Kürdəmirdə 6 otaqlı ev yandı

Kürdəmirdə fərdi yaşayış evi yanıb.

Aktual.az xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Z.Tagiyev kücəsi 13 A ünvanında, 1949- cu il təvəllüdlü Xamış Mirəli oğlu Xancanova məxsus ümumi sahəsi 130 kvadratmetr olan 6 otaqdan və mətbəxdən ibarət yaşayış evində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı evin 20 kvadratmetri yanıb.
Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı tikililər və evin qalan hissəsi yanğından mühafizə olunub. İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az 
Xəbər 344 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR