Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı

Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də ümumi çəkisi 3,5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə götürülüb.elə ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lökbatan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Aydın Qulamovdan 2 kiloqram 305 qram marixuana və 857 qram heroin, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Abduləzimovdan 433 qram marixuana götürülüb.
 
Aktual.az
Xəbər 224 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR